İçindəki
Sayt üzrə axtarış
Xəbərlər
Bizim təzə tərəfdaşımız “Steerprop” MMC Şirkətini sizə təqdim etmək edirik.
“Steerprop” MMC şirkəti qlobal dəniz bazarında müxtəlif növ gəmilər üçün vint-sükan kolonkaları və çoxfunksiyalı profillər təmin edir.
“Steerprop” MMC diqqəti vahid məhsul xəttinə yönəltməklə çoxillik təcrübə və sınaqdan çıxmış texnologiyalar ilə ən son 3-D-layihələndirmə proqram təminatı, habelə yüksək keyfiyyətli və yüksək tələblərə cavab verən vint-sükan kolonkaları istehsal etmək üçün qabaqcıl hesablama metodlarını bir araya gətirmək imkanına malikdir.
Müştərilərin ehtiyaclarına cavab verən avadanlıqların seçimində onlara kömək etmək məqsədilə “Steerprop” vint-sükan kolonkalarının tətbiqi şərti olaraq üç növ gəmi kateqoriyasına bölünmüşdür: Arktika, Dəniz, Səyahət və Yük. Bununla belə, bu yalnız ilkin təsnifatdır. Vint-sükan kolonkalarının yekun seçimi müştərinin fərdi tələbatlarına və seçilmiş təsnifat sinfinin qaydalarına uyğun olaraq inşa edilən gəminin təyinatına uyğunlaşdırılacaqdır.
“Steerprop” vint-sükan kolonkaları istənilən gəmi kateqoriyaları üçün açıq vint və idarəedici avarlı vintlə təqdim olunur. İkili əksfırlanan vintli vint-sükan kolonkaları yalnız açıq vintlərlə təqdim olunur.
Hər bir müştərinin müxtəlif ehtiyacları olur. Hər bir gəmi müxtəlif istismar şəraitinə malik olur. Hər bir gəmi üçün optimal propulsiv həllin seçilməsi üçün “Steerprop” vint-sükan kolonkaları həmişə məxsusi olaraq həmin gəmiyə uyğunlaşdırılır və seçilmiş təsnifat sinfinin qaydalarına uyğun olaraq inşa edilir.
SP 10-dan SP 80-ə qədər “Steerprop” vint-sükan kolonkaları 500 kW-dan 7000 kW-a qədər gücə malikdir.
Yüksək gücə malik vint-sükan kolonkaları aşağıdakı növlər üzrə təqdim olunur:
STEERPROP SP 10- 45 CRP - əksfırlanan vintli, gücü 800 kW-dan 3 600 kW-a qədər;
STEERPROP ARC – Arktik gəmiçilik üçün gücü 800 kW-dan 16 000 kW-a qədər;
STEERPROP ECO – yüksəksürətli gəmilər üçün 5000 kW-dan 20 000 kW-a qədər.
Fəaliyyət
Texniki xidmət və istismar

Ehtiyat hissələrin çatdırılması

Avadanlıq

Mühəndislik və layihə İdarə olunması
